Разделы новостей

Календарь новостей

«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Форма входа

Приветствую Вас Гость!

Поиск

Мини-чат

Наш опрос

MƏKTƏBİMİZ NECƏDİR ???
Всего ответов: 155

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Главная » 2009 » Март » 03

Fevralın 7-də akademik Zərifə Əliyeva adına orta məktəbə İKT avadanlıqları  təqdim olunub.

Bu münasibətlə keçirilən təqdimat mərasimində təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavinləri, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və paytaxtın bir sıra məktəblərinin direktorları iştirak edib.

Məlumat üçün qeyd edək ki, ölkə başçısı cənab İlham Əliyevin 10 iyun 2008-ci il tarixli Sərəncamına əsasən təsdiq olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq məktəbə 4 noutbuk, 4 proyektor dəsti və 5 elektron lövhə verilib.

Məktəbin sinif otaqlarında quraşdırılmış İKT avadanlıq dəstləri vasitəsilə keçirilən dərslərdə iştirak edən nazir şagird və müəllimlərin hazırlıq səviyyəsi, bu avadanlıqlardan necə istifadə etmələri ilə yaxından tanış olub. Misir Mərdanov qeyd edib ki, son illər müasir cəmiyyətdə təhsilin vacib komponentlərinə çevrilmiş İKT ilə təhsil müəssisələrinin təmin olunması sahəsində xeyli iş görülüb və müvafiq Dövlət Proqramı çərçivəsində daha bir sıra mühüm işlərin reallaşdırılması nəzərdə tutulub. Nazir əlavə edib ki, həyata keçirilən layihələrdən biri də “Elektron məktəb” layihəsidir və Bakı şəhərində seçilmiş 10 qabaqcıl məktəbdə bu layihənin icrasına başlanılıb. Misir Mərdanov akademik Zərifə Əliyeva adına məktəbin də həmin məktəblər sırasında olduğunu diqqətə çatdırıb. Eyni zamanda nazir təhsil müəssisəsində quraşdırılmış İKT avadanlıqlarından müəllim və şagirdlərin səmərəli istifadəsi üçün texniki baxımdan hər cür şərait yaradıldığını vurğulayıb.

 Onu da qeyd edək ki, hazırda Zərifə Əliyeva adına məktəbdə İKT avadanlıqları ilə bərabər yüksək sürətlə internet və internet bağlantısı vasitəsilə videogörüntünü təmin edən fibrooptik kabel çəkilməkdədir. Bu işlər “Elektron məktəb” layihəsində iştirak edən digər məktəblərdə də həyata keçiriləcək. Həmin məktəblər həm Təhsil Nazirliyi, həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə video bağlantılar yaratmaq imkanı əldə edə biləcək.

Sonda məktəbin direktoru Məhəbbət Vəliyeva rəhbərlik etdiyi təhsil müəssisəsində aparılan işlər barədə təhsil naziri Misir Mərdanova məlumat verib.

Категория: mektebimiz haqda | Просмотров: 1151 | Дата: 03.03.2009 | Рейтинг: 0.0/0 | Комментарии (0)

BU YAXINLARDA DİREKTORUMUZ YENƏ HAMINI BİR ARAYA TOPLAYIB VƏ ÖZ İRADLARINI VƏ FİKİRLƏRİNİ DEDİ:BU İMTAHAN NƏTİCƏLƏRİ ÇOX PİS OLDU BUNA GÖRƏDƏ 100 NƏFƏRƏ YAXIN ŞAGİRDİN GƏLƏN İMTAHANDA ÇIXMASINI EHTİMAL OLUNUR.ONA GÖRƏDƏ BÜTÜN MƏLLİMƏLƏRDƏN XAİŞ ETDİ Kİ,HƏR BİR UŞAQ HAKKINDA HƏFTƏNİN AXIRI REYTİNGİNQLƏRİ OLSUN!!!

Категория: mektebimiz haqda | Просмотров: 738 | Дата: 03.03.2009 | Рейтинг: 0.0/0 | Комментарии (0)